Kür çayı üzərində yeni dəmiryolu körpüsü... - Foto

18:06 - 17 Avqust 2023 - GÜNDƏM

 Kür çayı üzərində yeni dəmiryolu körpüsü... - Foto

Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

Azərbaycan Dəmir Yolları QSC-dən BUTA.TV-a verilən məlumata görə, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir.

Hər iki körpünün layihələndirilməsi 100 % yerinə yetirilib, tikinti işlərinin 98 %-i yekunlaşıb. Bu körpülər dəmiryolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq.

Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol