Zalujni Milli ilə cəbhədəki durumu müzakirə etdi

00:38 - 18 Avqust 2023 - GÜNDƏM

 Zalujni Milli ilə cəbhədəki durumu müzakirə etdi

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli arasında telefon danışığı baş tutub.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin komandanı Valeri Zalujni Teleqram hesabında məlumat verib.

Zalujnının sözlərinə görə, tərəflər cəbhədəki vəziyyət və Ukraynanın gələcək üçün planlarından danışıb.

Həmçinin, Ukrayna qoşunlarının mərmi, silah, minalardan təmizləmə texnikası, hava hücumundan müdafiə və elektron döyüş sistemlərinə təcili ehtiyacı müzakirə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol