Türkiyədə iki ailə arasında dava: 41 nəfər yaralandı

09:10 - 18 Avqust 2023 - GÜNDƏM

 Türkiyədə iki ailə arasında dava: 41 nəfər yaralandı

Türkiyənin Batman şəhərinin Beşiri rayonunda iki ailə arasında baş verən kütləvi dava zamanı onlarla insan xəsarət alıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, gənclər arasında kafedə başlayan mübahisə iki ailə arasında kütləvi davaya çevrilib. Tərəflərin bir-birinə daş, dəyənək və bıçaqla hücum etməsi nəticəsində 41 nəfər yaralanıb.

Sakinlər təcili zəng mərkəzinə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım qrupları göndərilib.

Polisin müdaxiləsi ilə dayanan davadan sonra yaralılar təcili yardım maşınları tərəfindən xəstəxanalara çatdırılıblar.

Polis hadisə iə bağlı araşdırmaya başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol