Final" yağları "Bu şəhərdə Final var" layihəsi ilə bölgələrdə

11:36 - 18 Avqust 2023 - GÜNDƏM

 Final

"Final" yağ markasının bölgələrdə həyata keçirdiyi “Bu şəhərdə Final var” layihəsi artıq bir müddətdir ki, davam edir.

“Bu şəhərdə” kollektivinin iştirakı ilə təşkil olunan konsertlər insanlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb. Konsert zamanı tamaşaçılar arasında uduşlu müsabiqə keçirilib, “Bu şəhərdə”nin sevilən aktyorları Rafael və Coşqun və “Final” markasının kollektivi qaliblərin evlərinə gedərək müxtəlif dəyərli hədiyyələr təqdim edib.

Lənkəran ilə başlayıb Xaçmaz ilə davam edən layihənin sonradan daha iki bölgədə konsert təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, konsertdə iştirak etmək üçün seçilmiş marketlərdən "Final" yağı almaq və alış çekini kassaya təqdim edərək bilet əldə etmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol