Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində məskunlaşan erməni separatçı dəstəsinin təmsilçisi Artak Beqleryan ərazidə sabit internetin dünəndən etibarən pozulduğunu bildirib.
BUTA.TV xəbər verir ki, o, Ermənistandan Laçın yolu vasitəsilə gələn “fiber-optik kabelin” ötən gün saat 17:55 radələrində guya azərbaycanlılar tərəfindən qəsdən kəsildiyini, buna görə də internetin məhdudlaşdığını deyib. İddia edib ki, rus sülhməramlılar ilə birgə təmir üçün gedən “mütəxəssislərə” əraziyə yaxınlaşmağa Azərbaycan hərbçiləri imkan verməyib.
“Hazırda rus sülhməramlılar danışıqlar aparırlar”, - deyə o bildirib.
Qeyd edək ki, internetin BMT TŞ-nin 16 avqustda keçirilən iclasından sonra məhdudlaşdırılması diqqət çəkir. Belə ki, Ermənistanın tələbi ilə “Qarabağda humanitar vəziyyətə” həsr olunan sözügedən iclasda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bütün iddiaları rədd edərək, Qarabağın bir hissəsində məskunlaşan ermənilərin xoşbəxt yaşadığını, toy-düyün etdiyini, ad günləri, dəbdəbəli mərasimlər keçirdiyini bildirmiş, bunun sübutu kimi Qarabağdakı erməni icmasının sosial şəbəkələrdə yerləşdirdiyi yüzlərlə video-materiala istinad etmiş, onlardan bəzilərinin fotolarını nümayiş etdirmişdi. Y.Əliyevin bu faktdan istifadəsini erməni ekspertlər hələ də müzakirə edirlər.
Xatırladaq ki, bi müddət öncə separatçılar erməni icmasına müraciət edərək, dəbdəbəni, istirahəti və israfçılığı əks etdirən görüntüləri sosial şəbəkədə yaymamağa çağırmışdılar. Onlar bu görüntülərin “humanitar fəlakət” təbliğatını məhv etdiyini bildirirdilər.
Ancaq bu çağırışa baxmayaraq, ermənilər yaşam tərzlərini əks etdirən görüntüləri paylaşmaqda davam edir. Görünür, separatçılar bunun qarşısını almaq üçün indi də internetin verilməsini məhdudlaşdırmağa çalışırlar. Ancaq bu məhdudlaşmada da Bakını ittiham edirlər.
Qarabağa Ermənistandan fiber-optik kabelin gəlməsi də qanunsuzdur və ermənilər bununla manipulyasiya edərlərsə, Azərbaycan erməni icmasını internetlə təmin edə bilər.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan