Rusiya nüvə ilə blef edir? – General açıqladı

14:10 - 18 Avqust 2023 - GÜNDƏM

 Rusiya nüvə ilə blef edir? – General açıqladı

Rusların Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə edəcəyinə dair heç bir iz görmürük.

BUTA.TV xəbər verir ki, bunu Pentaqon rəsmisi, briqada generalı Patrik Rayder deyib.

“Ruslar dəfələrlə Belarusa taktiki nüvə silahı ötürməklə hədələyiblər, lakin Vaşinqton öz kəşfiyyat məlumatlarını açıqlamayacaq. Ümumi şəkildə deyim ki, bizi öz strateji qüvvələrimizin düzülüşündə dəyişiklik etməyə məcbur edəcək heç bir şey görməmişik və Rusiyanın nüvə silahından istifadə etmək qərarına gəldiyinə dair heç bir əlamət də yoxdur”, - general bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol