Rusiya Gümrüdəki bazasında təlimlərə başladı

16:50 - 18 Avqust 2023 - GÜNDƏM

 Rusiya Gümrüdəki bazasında təlimlərə başladı

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasının Mi-8MTB-5 və Ka-52 helikopterlərinin heyətləri dağlıq ərazidə təlimlərə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib.

“Pilotlar dağlıq əraziyə qrup uçuşlar həyata keçirib, orada bir sıra təlimlər, o cümlədən helikopterin hazırlıqsız yerə endirilməsi kimi hərəkətlər həyata keçiriblər”, - məlumatda bildirilib.

Təlimlərə bazanın 130 hərbi qulluqçusu, 25 texnika, o cümlədən Mi-8MTB-5 və Ka-52 helikopterləri cəlb olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol