Xəzəryanı ölkələrin XİN rəhbərləri Moskvada görüşəcək

18:26 - 18 Avqust 2023 - GÜNDƏM

 Xəzəryanı ölkələrin XİN rəhbərləri Moskvada görüşəcək

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri ilə Beynəlxalq Xəzər Gününə həsr olunmuş görüş keçirib.

BUTA.TV Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Xəzər regionunda çoxşaxəli əməkdaşlığın genişspektrli məsələləri üzrə maraqlı fikir mübadiləsi aparılıb.

“Beşlik” formatında qarşılıqlı fəaliyyətin qurulması istiqamətində gələcək addımlar, o cümlədən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşünə hazırlıq müzakirə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol