Moskvada erməni əsilli hərəkat rəhbəri həbs edildi

18:36 - 18 Avqust 2023 - GÜNDƏM

 Moskvada erməni əsilli hərəkat rəhbəri həbs edildi

Moskvanın Basmannı məhkəməsi ölkədə arzuolunmaz QHT işinin təşkilində ittiham edilən erməni əsilli hüquqşunas və “Səs” hərəkatının (Rusiyada xarici agent kimi tanınır – red.) həmsədri Qriqori Melkonyantsın oktyabrın 17-dək həbs edilməsi barədə qərar verib.

BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Məhkəmə oktyabrın 17-dək Melkonyants barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanlarının vəsatətinin təmin edilməsi barədə qərar çıxarıb", - deyə bildirilib.

Qeyd edək ki, Melkonyantsa qarşı iş Rusiyada arzuolunmaz olan QHT-nin işinin təşkili maddəsi ilə “Qolos”un Avropanın seçki komissiyaları ilə qarşılıqlı əlaqəsi faktı ilə başlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol