Putin bu tarixdə Qazaxıstana gedəcək

18:56 - 18 Avqust 2023 - GÜNDƏM

 Putin bu tarixdə Qazaxıstana gedəcək

Qazaxıstan iki ölkə arasında regionlararası əməkdaşlıq forumunda iştirak etmək üçün payızda Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfərini gözləyir.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstanın Moskvadakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın Moskvadakı səfiri Dauren Abayevlə görüşüb:

“Tərəflər Qazaxıstan-Rusiya əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, inteqrasiya strukturları çərçivəsində qarşılıqlı fəaliyyət, həmçinin, regional və beynəlxalq aktual məsələləri müzakirə ediblər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol