Rusiya ilk dəfə deyil ki, belə edir - Zaxarov

20:22 - 18 Avqust 2023 - GÜNDƏM

 Rusiya ilk dəfə deyil ki, belə edir - Zaxarov

Moldovanın bir sıra məmurlarının Rusiyaya girişinə qadağa qoyulması qərarı təəssüfləndiricidir.

BUTA.TV xəbər verir ki, bu sözləri Moldova Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiyası Nazirliyinin rəsmi nümayəndəsi İqor Zaxarov deyib.

“Rusiya hakimiyyəti ilk dəfə deyil ki, bu cür tədbirlərə əl atır. Lakin Moldova Respublikası sabitliyi pozan hərəkətlərə fəal şəkildə qarşı çıxmaqda davam edir”, - Zaxarov bildirib.

Onun sözlərinə görə, Moldovanın diplomatik müstəvidə qəbul etdiyi bütün qərarlar Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarına uyğundur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol