Şəkidə ağır qəza: 4 nəfər öldü

21:22 - 18 Avqust 2023 - GÜNDƏM

 Şəkidə ağır qəza: 4 nəfər öldü

Şəkidə ağır yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol