ABŞ ordusu Türkiyə sərhədində terrorçulara təlim keçdi

22:28 - 18 Avqust 2023 - GÜNDƏM

 ABŞ ordusu Türkiyə sərhədində terrorçulara təlim keçdi

ABŞ hərbçiləri Suriyanın Türkiyə ilə sərhədindəki Qamışlı qəsəbəsində onlarla PKK/YPG terrorçusuna avqstun 15-17-i tarixlərində təlim keçib.

BUTA.TV xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Təlimdə zenit qurğuları, ABŞ istehsalı “Bradley” zirehli texnikası və müxtəlif ağır silahlardan istifadə edilib.

Qeyd edək ki, ABŞ ordusu müntəzəm olaraq Suriyanın Haseke bölgəsində əl-Ömər və Koniko neft sahələrindəki bazalarında terrorçulara təlim keçir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol