Rusiya, Türkiyə və Qətər taxıl sazişini əvəz edəcək yeni müqavilə hazırlayır.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild” nəşri Rusiya və Türkiyə XİN arasında 21 iyul və 8 avqust tarixlərindəki yazışmaları ələ keçirib.
Məktublardan belə çıxır ki, Moskva taxıl sazişindən çıxacağı ilə bağlı Ankaraya əvvəlcədən xəbərdarlıq edib. İndi Rusiya, Türkiyə və Qətər müddəti bitmiş müqaviləni əvəz etməli olan yeni üçtərəfli saziş üzərində işləyirlər. Rusiya taxılının əsasən Afrikadakı yoxsul ölkələrə tədarük edilməsi təklif edilir. Türkiyə təşkilatçı, Qətər təchizat sponsoru olaraq çıxış edəcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyadan əvvəlki taxıl müqaviləsini bərpa etməyi xahiş edib ki, taxıl Ukraynadan tədarük edilsin. Ankara həmçinin BMT-nin himayəsi altında fəaliyyət göstərməyi təklif edir.
Yeni müqavilə bu həftəsonu Budapeştdə bağlana bilər. Bunun üçün Tatarıstanın rəhbəri Rüstəm Minnixanov artıq ora uçub. Ərdoğan da oraya gələcək.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan