ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi

23:58 - 18 Avqust 2023 - GÜNDƏM

 ABŞ-ın Ermənistandakı səfiri sərhədimizə gəldi

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Cermukda olub.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Səfir Kuin yerli rəsmilərlə görüşmək və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyətini müşahidə etmək üçün Dərələyəz bölgəsində olub. Səfir Dərələyəz qubernatoru, Aİ-nin müşahidə missiyası və yerli silahlı qüvvələrin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts da iştirak edib. Səfir Kuin ABŞ-ın Ermənistanın suverenliyini və təhlükəsizliyini, eləcə də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasını dəstəkləməyə sadiq olduğunu vurğulayıb”, - məlumatda bildirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol