Sanksiyalarla Rusiyanı dayandırmaq olarmı?

09:12 - 19 Avqust 2023 - GÜNDƏM

 Sanksiyalarla Rusiyanı dayandırmaq olarmı?

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi sanksiyalar müharibəni dayandıra bilməz.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

“Müharibənin dayandırılması üçün yalnız silah, güc və Rusiyaya sərt hərbi-siyasi təzyiq lazımdır. Rusiya iqtisadiyyatının sanksiyalarla məhv edilməsi ehtimalı yanlış fikirdir. Nəhəng sanksiyalar İranın, Şimali Koreyanın iqtisadiyyatını məhv etməyib. Çin, Hindistan, Türkiyə və bir sıra digərləri kimi böyük iqtisadiyyatlarla əlaqə saxlayan Rusiya üçün də bu sanksiyalar effektiv silah ola bilməz”, - Fesenko bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol