Hacıyevdən Frans-24-ə: Bu, təbliğatın iyrənc formasıdır

13:06 - 19 Avqust 2023 - GÜNDƏM

 Hacıyevdən Frans-24-ə: Bu, təbliğatın iyrənc formasıdır

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

Hacıyev qeyd edib ki, Frans-24 (France24) agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində "Frans Press Agentliyi" (Agence France-Presse -AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, Frans-24 həmin şəkli “erməniləşdirib”.

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol