Balakəndə maşın ağaca çırpıldı: sürücü yanaraq öldü

14:00 - 19 Avqust 2023 - GÜNDƏM

 Balakəndə maşın ağaca çırpıldı: sürücü yanaraq öldü

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü yanaraq ölüb.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 12 radələrində rayonun Poştbinə kəndi ərazisində hərəkətdə olan “Daevoo” markalı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə yanğın baş verib və sürücü də nəqliyyat vasitəsinin içərisində yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol