İnşaat şirkəti olan Şərq MTK MMC-nin rəhbəri Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova qətnamə çıxarıb.
Ziyadxan Abbasova "stop” qoyulmasının səbəbi Şərq MTK MMC-nin külli miqdarda vergi borcu olması ilə əlaqədardır. İş adamı borcu ödəmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 Saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İş materiallarından məlum olur ki, həmin vaxt şirkətin 51 342,53 AZN vergi borcu olub. Lakin məhkəmədən sonra da borc ödənilməyib. Hazırda Şərq MTK MMC-nin vergi borcu 66 449,85 AZN-ə çatıb.
MMC 2007-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 1000 AZN-dir.
Araşdırmalarımız zamanı məlum olub ki, 2016-cı ildə də vergi borcuna görə Ziyadxan Abbasovun ölkədən çıxışı məhdudlaşdırılıb.
Şərq MTK-nın adı 3 il əvvəl inşa etdiyi binalardan mənzil alan vətəndaşlardan əlavə pul tələb etməkdə hallanıb. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkət ev alan vətəndaşlarla müqavilələri yeniləyərkən mənzilin sahəsini artıraraq, onlardan buna görə əlavə pul tələb edib.
Ziyadxan Abbasov həmin vaxt bu iddialarla bağlı deyib ki, mənzillər satılarkən sahəsi təxmini hesablanıb. Sakinlər isə bu arqumenti qəbul etməyərək, aldadıldıqlarını bildiriblər.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan