Bakıda qadın sürücü maşını aşırdı: tıxac yarandı

18:24 - 19 Avqust 2023 - GÜNDƏM

 Bakıda qadın sürücü maşını aşırdı: tıxac yarandı

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə yolun Xırdalan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-HU-422 nömrəli “Kia Picanto” markalı avtomobili sürən qadın sürücü idarəetməni itirərək yolun ortasındakı dəmir maneələrə çırpılıb.

Arakəsmələrə çırpılan avtomobil aşıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Hər iki istiqamətdə uzun tıxac yaranıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol