Quba-Xınalıq yolunda selin fəsadları aradan qaldırıldı

20:04 - 19 Avqust 2023 - GÜNDƏM

 Quba-Xınalıq yolunda selin fəsadları aradan qaldırıldı

Avqustun 18-i gecə saatlarından başlayaraq yağan güclü yağış nəticəsində yaranan sel suları Quba-Xınalıq yolunda fəsadlar yaradıb.

BUTA.TV xəbər verir ki, yolun 36-cı və 42-ci kilometrliklərində palçıq kütləsi və qaya parçaları yolun hərəkət hissəsinə dolub. Bu səbəbdən yolda avtomobillərin hərəkəti təxminən üç saat ərzində məhdudlaşdırılıb.

Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası və canlı qüvvəsi cəlb olunub, yolun hərəkət hissəsi təmizlənib.

Hazırda yolda avtomobillərin hərəkəti bərpa olunub, təmizləmə işləri davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol