Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib.
BUTA.TV xəbər verir ki, Ataman Güneyligilin başçılıq etdiyi kollektiv “C” qrupundakı ikinci matçında ev sahibi Almaniya ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0.
“C” qrupunun digər matçında İsveç seçməsi Yunanıstana 1:3 hesabı ilə uduzub.
İlk iki turdan sonra aktivində üç xalı olan Azərbaycan millisi üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan