Şəmkirdə mikroavtobus qəzaya uğradı: 6 yaralı

11:20 - 20 Avqust 2023 - GÜNDƏM

 Şəmkirdə mikroavtobus qəzaya uğradı: 6 yaralı

Şəmkirdə mikroavtobus maneəyə çırpılıb.

BUTA.TV xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.

“Qazel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir. Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.

Məlumata görə, qəzaya nəqliyyat vasitəsinin önünə mal-qaranın çıxması səbəb olub. Nəticədə sürücü idarəetməni itirərək maşını inəklərdən birinə çırpıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol