Messi dünya futbolunun ən titullu oyunçusu oldu

11:40 - 20 Avqust 2023 - GÜNDƏM

 Messi dünya futbolunun ən titullu oyunçusu oldu

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi 10 qolla Liqa Kubokunun bombardiri olub.

BUTA.TV xəbər verir ki, hücumçu "Neşvill"lə final matçında (1:1, 10:9-p.) oyunun 23-cü dəqiqəsində hesabı açaraq mövsümdə 10-cu qolunu vurub.

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan 7 qol vurub.

Bu kubok hücumçunun karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi “İnter Mayami”də ilk kubokunu qazanıb. Bu, həmçinin, klubun ilk tituludur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol