Polislər istirahət zonalarına gəldilər

14:10 - 20 Avqust 2023 - GÜNDƏM

 Polislər istirahət zonalarına gəldilər

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq, polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub.

Qeyd olunub ki, respublikanın bütün turizm zonalarına, o cümlədən su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla, naryad qrupları ərazilərə təhkim olunub.

Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol