Sudanda böyük əməliyyat başladı

21:00 - 20 Avqust 2023 - GÜNDƏM

 Sudanda böyük əməliyyat başladı

Sudan Silahlı Qüvvələri xüsusi təyinatlıların paytaxt Hartumdakı mövqelərinə qarşı yeni hücuma başladığını elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Silahlı Qüvvələr şəhərin mərkəzində və cənubunda xüsusi təyinatlıların nəzarətində olan obyektlərə kütləvi artilleriya zərbələri endirib.

Ordunun məlumatına görə, qarşı tərəf ciddi itki verib. Buna cavab olaraq çevik reaksiya qüvvələri mövqelərindən ordu obyektlərinə atəş açıb.

Hazırda Xartumun mərkəzində və cənubunda partlayış səsləri eşidilir. Yaxınlıqdakı Omdurman şəhərində toqquşmalar gedir.

Qeyd edək ki, üsyançı çevik reaksiya qüvvələri paytaxtın əksər ərazilərinə nəzarət edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol