ADY-dən yanğınla bağlı açıqlama...

23:40 - 20 Avqust 2023 - GÜNDƏM

 ADY-dən yanğınla bağlı açıqlama...

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən BUTA.TV-a verilən məlumata görə, bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.

Əraziyə təcili cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda, saat 22:18-də söndürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol