Almaniya 2023-cü ilin birinci yarısında ən çox miqrantı Gürcüstan, Şimali Makedoniya, Albaniya, Moldova və Serbiyaya deportasiya edib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, yanvar-iyun aylarında 7681 nəfər ölkədən çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur. Deportasiya edilənlər arasında 1664 qadın və 1375 uşaq var.
Həmçinin 705 Gürcüstan və 665 Şimali Makedoniya vətəndaşı Almaniyadan çıxarılıb. Ölkəni könüllü tərk edən miqrantların sayı da artıb, 4892 nəfər öz ölkəsinə qayıtmaq üçün federal, 2309 nəfər isə dövlət və ya yerli maliyyə yardımı alıb.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan