Əks-hücum başlayandan sonra Ukrayna taktikasını dəyişdi və indi əsas diqqət düşmənin artilleriya, elektron müharibə və PUA-larla sıradan çıxarılmasına yönəlib.
BUTA.TV xəbər verir ki, bu barədə "Ekonomist" məlumat yayıb.
"Biz artıq ağır itkilərlə bağlı əməliyyatlar planlaşdırmırıq. İndi diqqət düşmənin artilleriya, pilotsuz təyyarələr, elektron müharibə və digər sistemlərinə yönəlib", - nəşrin mənbəsi bildirib.
Qeyd olunur ki, yüzlərlə vədlərə baxmayaraq, Ukrayna cəmi 60 "Leopard" tankı alıb:
"İndi minatəmizləmə üçün maşınların çatışmazlığı var. Digər problem havadan müdafiə sisteminin olmamasıdır ki, bu da Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mina sahələrini və müdafiə xətlərini keçməsini çətinləşdirir. Bu səbəbdən Ukrayna hərbi rəhbərliyi əks-hücum əməliyyatını bacardığı qədər ləngitdi. İyunda əks-hücumun başlanğıcı “fəlakətli” oldu".
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan