Mirziyayev Heydər Əliyevin məzarını ziyarət etdi

12:28 - 22 Avqust 2023 - GÜNDƏM

 Mirziyayev Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev və xanımı Ziroatxon Mirziyayeva avqustun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

BUTA.TV xəbər verir ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayev Ulu Öndərin abidəsi önünə əklil qoydu.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol