Xankəndidə separatçılar arasındakı çəkişmələr hakimiyyət üstündədir.
BUTA.TV Calibr.az-a istinadla xəbər verir ki, bunu erməni fəal deyib.
“İndiki vəziyyət hakimiyyət davasına görədir. Faktiki olaraq siyasi müharibə aparılır, qalanları isə onun nəticələridir. Bu insanlar hesab edir ki, artıq xaos yaranıb, indiki vəziyyətdən çıxış yolu tapmaq mümkün deyil və bu, hakimiyyəti ələ keçirmək üçün son məqamdır. Qarabağı qarət etdilər, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün qoşun hazırlayırlar”, - Osipyan bildirib.
Onun sözlərinə görə, bu vəziyyət həll olunmasa, o zaman Qarabağda daxili qarşıdurma başlayacaq:
“Qarabağ Ruben Vardanyanın vecinə deyil, ona Qarabağ erməniləri lazımdır ki, onların köməyi ilə İrəvanda hakimiyyətə gələ bilsin. O, 30 ilin bütün günahlarını Araik Arutyunyanın üzərinə atıb, təmiz şəkildə hakimiyyətə gəlmək istəyir”.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan