Fransa Ukraynaya sursat tədarükünü üç dəfə artırmaq qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın Fransadakı səfiri Vadim Omelçenko məlumat verib.
“155 kalibrli döyüş sursatlarının tədarükü daimi və aktual məsələdir. Fransa bu mərmiləri müəyyən bir ritmdə çatdırmağı öhdəsinə götürdü. Onları istehsal edənlər indi 24/7 işləyir, Fransanın ixtisaslaşmış müəssisələri fövqəladə iş rejiminə keçdilər. Və yaxşı bir xəbər var - fransızlar istehsal və tədarük sürətini üç dəfə artırmağa qərar verdilər. Bu, çox əhəmiyyətlidir”, - o bildirib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan