Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsinin qəbul olunmasının 33-cü ildönümündə bəyannaməni tənqid edib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, baş nazir bəyannamənin qəbul edilməsinin bugünkü erməni dövlətçiliyinin əsasını qoymaqla ölkə tarixində dönüş nöqtəsi olduğunu bildirib.
O, sənədin Qarabağ hərəkatının zirvəsində, SSRİ-də iqtisadi, siyasi və ideoloji böhran şəraitində qəbul olunduğunu deyib.
Paşinyanın sözlərinə görə, o, bəyannamənin mətnini 2-ci Qarabağ müharibəsindən əvvəl, xüsusən müharibədən sonra dəfələrlə oxuyub.
"Bəynnamənin mətninin gərgin təhlili göstərir ki, biz nəticədə bizi SSRİ-nin hissəsinə çevirən düstura əsaslanan diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi daima qonşularımızla münaqişə vəziyyətində saxlayan qarşıdurma diskursundan gedir", - Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan bu bəyannamə ilə SSRİ-dən ayrılma kursunu bəyan etsə də, ondan çıxışın bütün yollarını bağlayıb.
"Biz XX əsrin sonunda qəbul edilən bəyannamə ilə 20-ci əsrin əvvəllərində müstəqilliyimizi itirməyə aparan düsturu bir daha qəbul etmişik", - Paşinyan deyib.
"İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Əgər sülhə nail olsaq, müstəqillik də olar. Sülh olmadığı müddətcə SSRİ-nin ruhu bizim səmamızda, regionumuzun səmasında dolaşacaq”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri müstəqilliyi, suverenliyi, demokratiyanı seçdiyini deyib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il 23 avqust tarixində qəbul edilib.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan