Gecə saatlarında Azərbaycanda baş verən zəlzələ insanlar arasında təşvişə səbəb olub. Bu mövzuda əsas narahatlıqverici faktor isə Bakı şəhərindəki binalardır.
Ümumiyyətlə, Azərbaycanda qorxunc, dağıdıcı zəlzələ gözlənilirmi?
BUTA.TV xəbər verir ki, Globalinfo.az-a açıqlama verən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, respublika ərazisində dağıdıcı zəlzələ bölgəsi yoxdur:
“Kiçik təkanlar hər zaman olur, olub və olacaq. Məsələn, dünən 30-a yaxın yeraltı təkandan bircə Masallı-Cəlilabad ərazisindəki hiss olundu. Bu isə heç bir fəsad törətməyib, 35 km dərinlikdə olduğuna görə qorxulu hadisə baş verməyib”.
Qurban Yetirmişli qeyd edib ki, əhali gərək belə hallara təbii yanaşsın:
“Bunu soyuqqanlı qəbul etmək lazımdır, çünki təkanlar saniyələr sonra dayanır. Ona görə də silkələnmə zaman qaçmaq, liftə daxil olmaq, pilləkənlə düşmək, eyvana çıxmaq lazım deyil. Evdə üzərinə aşacaq hər hansı predmetdən uzaq durmaq kifayət edir. 5-10 saniyəyə ötüb keçəcək bir zəlzələdir. Binaları dağıdacaq gücdə zəlzələ olmayacaq”.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan