7 min abonentin qazı kəsiləcək

00:06 - 24 Avqust 2023 - GÜNDƏM

 7 min abonentin qazı kəsiləcək

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

BUTA.TV-ın məlumatına görə, Xırmandalı qaz paylayıcı stansiyadan Bayraq meydanına qədər diametri 225 mm-lik, uzunluğu 9500 metr, Zəhmətabad kəndinə qədər olan məsafədə diametri 160 mm-lik uzunluğu 300 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması məqsədilə 25 avqust saat 10:00-dan işlər başa çatana qədər qaz təchizatı dayandırılacaq.

Qeyd olunan ərazilərdə yaşayan abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol