Priqojinlə birgə ölənlərin adları açıqlandı

00:58 - 24 Avqust 2023 - GÜNDƏM

 Priqojinlə birgə ölənlərin adları açıqlandı

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.

BUTA.TV xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub.

Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib.

Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol