Putin Priqojini nümayişkəranə şəkildə öldürdü

08:48 - 24 Avqust 2023 - GÜNDƏM

 Putin Priqojini nümayişkəranə şəkildə öldürdü

Rusdilli məkanda “çox hərəkətli” oyun olduqca populyardır.

BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maykl Naki deyib.

Onun fikrincə, hər bir hadisə ən inanılmaz versiyaların yığını ilə müşayiət olunur:

“Dronların Kremlə nə vaxt uçduğunu xatırlayırsınızmı? Orada müxtəlif fərziyyələr vardı. Deyirdilər ki, bu FTX-nin işidir. Ancaq bu, bir dəfə də olsun təsdiqlənmədi. Hesab edirəm ki, bunların Ukrayna PUA-ları olduğu indi hamıya aydındır. Bəs Priqojinin üsyanını xatırlayırsınız? Hansı ki, yalnız tənbəllər bunu səhnəcik adlandırmadılar. Düzdür, bu tamaşanın məqsədinin nə olduğunu heç kim izah edə bilmədi. Düşünürəm ki, indi də onun səhnələşdirildiyinə inanan az insan var”.

Nuki bildirib ki, hazırda da vəziyyət eynidir:

“Priqojinin həqiqətən öldüyünü və heç bir hiyləgər planlarının olmadığını əminliklə deyə bilərəm. Putin Priqojini nümayişkəranə şəkildə öldürdü”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol