Priqojinlə birgə ölən azərbaycanlı pilotun atası danışdı

12:40 - 24 Avqust 2023 - GÜNDƏM

 Priqojinlə birgə ölən azərbaycanlı pilotun atası danışdı

Dünən “Vaqner” rəhbəri Yevgeni Priqojinin də olduğu təyyarənin qəzaya uğraması nəticəsində ölən ikinci pilot Rüstəm Kərimov Rusiyanın Perm şəhərində anadan olub.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

29 yaşlı Kərimov 2014-cü ildə Ryazandakı Sasovo Mülki Aviasiya Uçuş Məktəbindən məzun olub.

Atası Şükür Kərimov da Rusiya mətbuatına oğlunun öldüyünü təsdiqləyib.

“Bəli, Rüstəm Kərimov mənim oğlumdur. Bu şirkət cəmi üç aydır işləyirdi. İki ay əvvəl Peterburqa getmişdi. Uçuşdan öncə anasına zəng edərək bu reyslə uçacağını demişdi”, - atası bildirib.

Pilotun həyat yoldaşı Anastasiya Kərimova da açıqlamasında deyib ki, onunla 5 gün öncə evliliklərinin 4-cü ildönümünü qeyd ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol