Mümkündür ki, “Vaqner” lideri Yevgeni Priqojini qiyamın təşkilatçıları qətli Vladimir Putinin üzərinə yıxmaq və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün öldürüblər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
“İki dəhşətli müharibə cinayətkarı Priqojin və Utkin məhv edildi. Bu, Ukrayna üçün çox böyük uğurdur. Amma hesab edirəm ki, üçüncü böyük cinayətkar Putinin hakimiyyəti və həyatı indi təhlükə altındadır”, - Piontkovski bildirib.
Politoloqun sözlərinə görə, Putin Priqojinə nifrət etsə də, onu öldürməyə hazırlaşmırdı:
“Priqojin əhalinin 10 faizini təşkil edən “z-vətənpərvərlərin” qəhrəmanı idi. Ölü Priqojin Putin üçün diri Priqojindən daha qorxuncdur. İndi “z-vətənpərvərlər”, priqojinçilər Rublyovkanı (Vladimir Putin və Rusiya elitasının iqamətgahlarının yerləşdiyi rayon) qarət etməyə yollanacaqlar”.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan