İşğalçı hakimiyyətin cinayətlərində iştirak edən vətəndaşlar və ruslar ən yaxşısı Krımı tərk etsinlər.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri indi rus hərbçilərini Krımın istənilən yerindən ala bilərlər:
“Krımın hər hansı bir hissəsini hazırda vurmaq imkanımız var. Düşmənə hər yerdə çata bilərik. Düşmənlə əlbir olan vətəndaşlar tezliklə Krımdan çıxsınlar. Gözləyənlər isə hazır olmalı və ilk növbədə kəşfiyyat orqanlarına, daha sonra isə qoşunlar açıq yerə çıxanda kömək etmək üçün hər şeyi etməlidirlər”.
Budanov bildirib ki, krımlıların köməyi yarımadanın tez və az itkilərlə işğaldan azad olunmasına gətirib çıxara bilər.
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan