Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün kifayət qədər səy göstərir.
BUTA.TV xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Xədicə Labib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq, eləcə də regionda dayanıqlı sülhü təmin etmək üçün tarixi imkan yaranıb.
"Əlbəttə ki, sülhə nail olmaq məsələsində Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Həm Ermənistanın, həm də Azərbaycanın liderləri də bildiriblər ki, iki ölkənin ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalıdır. Biz bunu ancaq dəstəkləyə bilərik”, – Belçikanın xarici işlər naziri deyib.
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi