Dmanisidə zəlzələ baş verdi

22:36 - 24 Avqust 2023 - GÜNDƏM

 Dmanisidə zəlzələ baş verdi

Avqustun 24-də axşam saatlarında Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunun ərazisində zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.

Bildirilir ki, yeraltı təkanlar Dmanisidən 9 kilometr cənub-şərqdə yerləşən Sakireti kəndi yaxınlığında 4,1 bal gücündə olub.

Qeyd edək ki, Gürcüstan orta seysmik aktiv zona hesab olunur.

Gürcüstanda ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti bölgələrində 7 bal gücündə olub.

Zəlzələ nəticəsində 200 nəfər ölüb, 46 mindən çox ev, ictimai və sənaye obyekti dağılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol