Ukrayna ordusu cəbhəni yarmağa hazırdır - Zalujnı

00:00 - 25 Avqust 2023 - GÜNDƏM

 Ukrayna ordusu cəbhəni yarmağa hazırdır - Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı rəsmilərə Ukrayna qüvvələrinin cəbhəni yarmağa yaxın olduğunu bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” jurnalı məlumat yayıb.

Bildirilir ki, artıq bir neçə həftədir ki, ölkələrin rəsmiləri Kiyevin əks-hücumunun strategiyası və taktikası ilə bağlı gərgin pərdəarxası məqamları müzakirə edir. Danışıqlar zamanı Amerika hərbçiləri ukraynalıları Rusiya müdafiəsini yarıb Azov dənizinə çatmaq üçün qüvvələrini cəmləşdirməyə çağırış edib.

Nəşr qeyd edir ki, adı açıqlanmayan məmurun sözlərinə görə, Valeri Zalujnı söhbətlərinin birində “Siz bu münaqişənin təbiətini başa düşmürsünüz. Bu, üsyançılara qarşı mübarizə deyil. Bu, Kurskdur” deyə cavab verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol