Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma “artsaxın müstəqillik günü”nə hazırlaşır: analoji hazırlıq Ermənistanda da aparılır; “blokadada mübarizə aparan xalq” görüntüsü yaradacaq və “azadlıq uğrunda mübarizəni” nümayiş etdirəcəklər.
Bu, nəticə olaraq heç nəyi dəyişdirmir, hərçənd, Azərbaycan ərazisində hələ də davam edən “dövlətcik” oyunlarına qarşı elə sentyabrın 2-də praktiki addımın atılması da separatizmin ləğvinin başlanması baxımından əhəmiyyətli olardı. Separatçılar Ağdam marşrutunu nə qəbul edir, nə də erməni əhalisinin bu haqda düşünməsinə imkan verir, əvəzində hərbi mövqelərini gücləndirir, əhalini də döyüşə hazırlaşdırırlar, misal üçün, Ruben Vardanyan erməni gənclərə “ekstremal şəraitdə sağ qalmaq” təlimi adı altında belə hazırlığa başlayıb, Karen Matevosyan “milis dəstəsi” adı altında terror qruplaşması formalaşdırır və s.
Yeni yaratdıqları atəş mövqelərini sıradan çıxarmaqla başlamaq olar…
- Maduro tutularkən ABŞ hərbçilərindən nə xahiş edib?
- Maduronun saxlanılandan sonra ilk - Fotosu
- ABŞ Maduro ilə həyat yoldaşını ələ keçirdi - Təcili
- Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir
- Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto
- İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...
- Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi