Cəbrayılda minatəmizləmə zamanı partlayış: xəsarət alan var

12:22 - 25 Avqust 2023 - GÜNDƏM

 Cəbrayılda minatəmizləmə zamanı partlayış: xəsarət alan var

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.

Bu barədə BUTA.TV-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol