Mayın 12-si saat 19:00-a olan məlumata əsasən, Balakən, Daşkəsən, Gədəbəy, Gəncə, Tovuz, Göygöl, Qusar, Lənkəranda şimşək çaxıb, arabir yağış yağıb. Arabir güclənən şimal-qərb küləyi əsib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Göyçayda 20 m/s, Goranboyda 19 m/s, Lerikdə 17 m/s-dək güclənib.
Saat 16:30 radələrində Tovuz rayonunun Əlibəyli, Hacalı, Yuxarı Öysüzlü, Aşağı Öysüzlü, Qazqulu, Hunanlar kəndlərinə diametri 8-10 mm, saat 17:55-18:00 radələrində Şahdağa 5 mm, Göygöl rayonuna isə saat 18:34-18:47 radələrində 1.9 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 21, Naxçıvan MR-da 25, Aran rayonlarında 29, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti olub.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik