Blinken Kiyevdə səfərdədir

09:20 - 14 May 2024 - GÜNDƏM

 Blinken Kiyevdə səfərdədir

ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevdə səfərdədir.

BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, Blinkenin əvvəlcədən “elan olunmamış” səfəri qatarla baş tutub.

Agentlik qeyd edib ki, bu, ABŞ Konqresinin Kiyevə hərbi dəstək üçün əlavə vəsait tələbini təsdiqləməsindən sonra yüksəkvəzifəli amerikalı məmurun Ukraynaya ilk səfəridir.

Dövlət katibi səfəri zamanı Kiyevin müdafiəsini gücləndirmək və döyüş meydanında təşəbbüsü bərpa etmək məqsədilə ABŞ-ın silah təchizatından necə istifadə etməyi planlaşdırdığını müzakirə etmək niyyətindədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol