Mayın 10-dan etibarən Rusiya ordusu Xarkov vilayətinin şimalından iki istiqamətdə aktiv hücum əməliyyatlarına başlayıb.
BUTA.TV xəbər verir ki, hücum nəticəsində ruslar vilayətin 9 kəndini ələ keçirə biliblər.
Hazırda ən aktiv döyüş əməliyyatları Xarkovun Volçansk şəhəri uğrunda gedir.
Bu gün isə rus qoşunları Volçansk ətrafında və Qlubokoe kəndi istiqamətində irəliləyərək, Lukyantsı kəndini ələ keçirib. Hətta Volçanskın şimal hissəsinin boz zonaya çevrildiyi barədə də məlumatlar yayılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının son məlumatına görə, Xarkovla yanaşı, rusların ən böyük hücumu Kupyansk, Seversk və Çasov Yar istiqamətində aparılır.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik