Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bugünkü mətbuat konfransında Qərbin Ermənistan və Gürcüstanda keçirilən aksiyalara ikili münasibətindən gileylənib.
BUTA.TV xəbər verir ki, Zaxarova Gürcüstanda müxalifətin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı keçirdiyi etiraz mitinqlərinə Qərbin birmənalı dəstək verməsini, hətta buna görə Gürcüstan hakimiyyətinə hər gün təzyiq etdiyini xatırladıb.
Bunu Gürcüstanın daxili işlərinə qarışmaq sayan Zaxarovan qeyd edib ki, Ermənistanda aksiyaçılara qarşı kobud güc tətbiq edilir, kütləvi həbslər aparılır:
“Ancaq Qərb susur, sanki orda heç nə baş vermir və ya baş verənlər erməni xalqının iradəsini əks etdirmir”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik