“Vaqner” özəl hərbi şirkətinin Afrika qruplaşması ya Mərkəzi Afrika Respublikasını tərk edəcək, ya da komandirlərinin kontinentdən çıxması ilə başsız qalacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, muzdlulara “Salem” kod adlı komandiri və onun “Aysmen” ləqəbli müavininin Ukraynada döyüşmək üçün adamlar toplamağa başlayacaqları ilə bağlı məlumat verilib:
“Rusiya Qəhrəmanı olan Salem Mərkəzi Afrika Respublikasındakı muzdluların rəhbəridir. Adam yığmaqla bağlı elana inansaq, onda belə çıxır ki, Afrika qruplaşması Salemin Ukraynaya göndərilməsi səbəbindən ya başsız qalacaq, ya da komandirləri ilə birlikdə Mərkəzi Afrika Respublikasını tərk edəcək”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik